QARAYEV APARTMENTS

QARA QARAYEV METROSU YAXINLIĞINDA
Metronun “Qara Qarayev” və “Koroğlu” stansiyaları arasındakı geniş bir ərazidə, magistral yolun yaxınlığında tikilməkdə olan yaşayış kompleksinin təməli 2015-ci ilin yayında qoyulub. Buranın metro stansiyalarına, Heydər Əliyev prospektinə və beynəlxalq hava limanına gedən yola yaxın olması binaya əlavə üstünlük verir, gələcək sakinlərin yol rahatlığını təmin edir.

Metronun “Qara Qarayev” və “Koroğlu” stansiyaları arasında

Nizami rayonu, Özbəkistan küçəsi 24/34 ünvanında salınmaqda olan bu yaşayış kompleksi ilə 12 və 32 saylı tam orta məktəblərin arası bir o qədər də uzaq məsafə təşkil etmir. Bu, binada yaşayacaq məktəblilər üçün yerinə düşəcək.

Yaşıllıq və ağaclardan ibarət uşaq meydançalı geniş həyətə malik 16 mərtəbəli kompleksə müxtəlif mağazalar, iaşə obyektləri və uşaq bağçası da daxil olacaq.

Yaşayışa tam hazır, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təhvil veriləcək mənzillərin tikintisində istifadə edilən armatur Rusiyanın Çelyabinsk vilayətindəki qocaman zavodun məhsuludur. Zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” markalı betondan istifadə edirik.

Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə edilən qəliblər Almaniyanın Avropada lider sayılan “Peri” şirkətinə aiddir. Mənzillərin qışda isti, yayda sərin olması üçün binalar daş yunu materialı ilə izolyasiya ediləcək.



Sakinlərə çıxarış (kupça) təqdim olunacaq


Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək. Alman texnologiyası ilə istehsal edilən plastik “PVC” pəncərələrdən istifadə olunacaq. Ən müasir avadanlıqlarla təhciz edilmiş mərkəzi istilik sistemi quraşdırılacaq.

Mənzillərdə İtaliyada istehsal olunmuş parça tərkibli “Limonta” divar kağızları və Türkiyənin məşhur “E.C.A.” şirkətinin hamam aksesuarları gələcək sakinlərimizin öz istəkləri ilə seçiləcək. Hamamların kafel-metlağı İspaniya malıdır.

Binadakı sərnişin və yük liftləri Türkiyədə istehsal olunub, mühərrikləri isə İtaliyanın məşhur “Sicor” şirkətinindir.

Təhlükəsizliyi video-nəzarət sistemi və mühafizə xidməti tərəfindən 24 saat fasiləsiz qorunan binanın altındakı geniş avtodayanacaqdan sakinlər liftlərlə birbaşa mənzillərə qalxa biləcəklər.